Çinli kişi dörd ildir ki, işləməkdən və evlənməkdən imtina edərək mağarada yaşayır.
HİT.az bu barədə "South China Morning Post"a istinadən xəbər verir.
Əvvəllər taksi sürücüsü işləyən Sıçuan əyalətindən olan Min Henqcai ayda təxminən 1400 dollar qazanırmış. Lakin, 2021-ci ilin sonunda o, işini tərk edib və məmləkətinə qayıdıb. Burada özünəməxsus həyat tərzi sürməyə başlayıb.
Onun sözlərinə görə, iş onun üçün mənasızlaşıb. Əvvəllər bütün borclarını ödəmək üçün gündə 10 saat çalışsa da, sonda bunu edə bilməyəcəyini başa düşüb. Onun ailəsi artıq borcları ödəmək üçün istifadə oluna biləcək bütün əmlakı satıb, ümumi məbləği 42 min dollardır.
Mağarada yaşayan çinli kişi vaxtının çox hissəsini kitab oxumaqla və evində gəzinti ilə keçirir. O, evliliyi “vaxt və pul itkisi” hesab edərək evlənmək fikrində olmadığını da bildirib.
"Əsl sevgini tapmaq şansı çox aşağıdır. Mən niyə belə nadir bir şey üçün çox çalışmalıyam?", deyə Min bildirib.
Samir