NATO daha geniş ərazilərdə peyk müşahidə imkanlarını genişləndirəcək. Bu, alyansa Ukraynada və Rusiya sərhədlərində hərbi hərəkətləri izləməyə imkan verəcək.
HİT.az xəbər verir ki, bu barədə komandir Pyer Vandieu "Bloomberg"ə bildirib.
Onun sözlərinə görə, yeni alət NATO-ya ilk dəfə olaraq böyük əraziləri izləməyə və manevrləri, qoşunların hərəkətini və döyüş əməliyyatlarını görməyə imkan verəcək.
"Bu gün rusların Ukraynada dayanacağına əmin deyilik" deyən Vandi alyansın şərq cinahında yerləşən ölkələrin qorunmasının vacibliyini vurğulayıb: "Biz onlara deyə biləcəyik: izləyirik".
Nəşr qeyd edib ki, NATO "Smart Indication and Warning Broad Area Detection" (SINBAD) adlı yeni təşəbbüs üçün Amerikanın peyk görüntüləri təminatçısı "Planet Labs"ı seçib. Onun məqsədi il ərzində çox tez-tez yer kürəsinin ərazilərini skan etməkdir, süni intellekt isə istənilən dəyişikliyi qeyd etməyə və xəbərdarlıqlar verməyə kömək edir.
Jurnalistlər qeyd ediblər ki, NATO yalnız 2022-ci ildə Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra kosmosa nəzarət sistemini inkişaf etdirməyə başlayıb. SINBAD pilot layihə olacaq.
"Kosmik müşahidələr NATO-nun ABŞ-ın imkanlarına çox güvəndiyi əsas sahələrdən biridir. Alyansın digər üzvləri prezident Donald Trampın Avropadan üz döndərməsindən sonra ABŞ-dan asılılıqlarını tarazlaşdırmağa çalışırlar", deyə nəşr yazıb.
Samir