Polşa XİN: "Putin Trampa lağ edir"

DÜNYA
19:40 / 12.06.2025
77

"Rusiyanın Ukraynaya hücumları göstərir ki, Vladimir Putin Donald Trampın sülh səylərinə lağ edir".

HİT.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Şikorski deyib.

O, həmçinin bildirib ki, Avropa müdafiə planlarını gücləndirir, silahlara xərcləri artırır. Onun sözlərinə görə, Aİ liderləri Ukraynanın Rusiyanın bu hücumundan müdafiəsinə kömək etmək üçün nə etməli olduğuna dair strategiya hazırlamalıdırlar.

Bundan əlavə, Şikorski Rusiyanın böyük miqdarda nefti ekzotik bayraqlar altında daşıyan və ya heç bayraqsız daşıyan gəmilərdən ibarət kölgə donanmasından narahat olduğunu və Baltik kimi dayaz, qapalı dəniz üçün maddi təhlükə yaratdığını vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Putinin Ukraynadakı itkilərə əhəmiyyət vermədiyini düşünməyə başladığını bildirmişdi. Onun sözlərinə görə, Moskva hər həftə 5 min əsgər itirir.

"Bəlkə Putinin vecinə deyil, həqiqətən mən düşünməyə başlayıram ki, onun vecinə deyil. O, Ukrayna kimi çoxlu əsgər itirir. Bundan sonra nə olacağını görəcəyik", deyə ABŞ prezidenti bildirib.

Siyasətçi onu da vurğulayıb ki, guya Ukrayna ilə Rusiya arasında müəyyən irəliləyiş əldə olunub, lakin sonra bombalamamalı olduqlarını bombalayıblar və buna görə də irəliləyiş dayandırılıb.

Eyni zamanda Ukrayna prezidenti Volodimir Zelenski Putinin nə istədiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya sadəcə olaraq Donald Trampa yalan danışır və bunu özü də görür. Dövlət başçısı əlavə edib ki, Putin gücdən başqa heç nə başa düşmür: "Və Amerikanın bu gücü var və mən həqiqətən ümid edirəm ki, Amerika bunu görür və anlayır".

Samir
 

0