İsrail ordusu iddia edib ki, İranın nüvə silahı yaratmaq üçün gizli planı var.
HİT.az xəbər verir ki, kəşfiyyat məlumatlarına əsaslanan infoqrafika IDF-nin rəsmi saytında yerləşdirilib.
İnfoqrafiyada Tehranın kritik məqama yaxınlaşması ilə bağlı məlumatlar var. Nəşrin yazdığına görə, İran tez bir zamanda nüvə silahı əldə edə bilər. Bu, zənginləşdirilmiş uranın geniş miqyaslı istehsalı və ölkənin müxtəlif regionlarına səpələnmiş yeraltı infrastrukturun istifadəsi nəticəsində mümkün olmuşdur.
İsrail ordusu iddia edir ki, İran bir neçə onilliklər ərzində nüvə mütəxəssislərinin iştirakı ilə bu proqram üzərində işləyir və son illərdə ciddi irəliləyiş əldə olunub. Xüsusilə, onların fikrincə, son aylarda inkişaflar sürətlənib.
İsrail ordusu həmçinin qeyd edib ki, Tehranı diplomatik yolla cilovlamaq üçün beynəlxalq səylər nəticə verməyib. Bununla bağlı İDF ölkə əhalisini qorumaq üçün öz addımlarını atmağın vacibliyini bəyan edib.
Samir