İranın İsrailə cavab raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 70 nəfər yaralanıb.
"Report” xəbər verir ki, bu barədə "The Jerusalem Post” təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Daha əvvəl İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 1 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilirdi.