Pezeşkian: İran nüvə silahının hazırlanmasına qarşıdır

DÜNYA
13:29 / 16.06.2025
57

İran nüvə silahının hazırlanmasına qarşıdır.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Ali lider (Ayətullah Əli Xamenei) tərəfindən dövlətin aydın mövqeyi dəfələrlə vurğulanıb. Bu, dövlətin nüvə silahını hazırlamaq niyyətinin olmamasından ibarətdir. Buna zidd mövqe tutan hər hansı bir şəxsin İran İslam Respublikasının siyasətinin formalaşdırılmasında yeri yoxdur,” – o qeyd edib.

0