Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin əmindir ki, Afrika 2050-ci ilə qədər qlobal demoqrafik liderliyi ələ keçirəcək.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
Onun fikrincə, dünyanın qalan hissəsində baş verən böhran fonunda 2050-ci ilə qədər Afrika planetin əmək qabiliyyətli əhalisinin 25%-nə sahib olacaq.
O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) keçirilən sessiyada deyib: "Əgər dünyanın bir hissəsi belə demoqrafik böhran içərisindədirsə, əhalinin sayı azalırsa, doğum səviyyəsi aşağıdırsa və qocalırsa, o zaman Afrika həqiqətən qlobal demoqrafik liderliyi öz üzərinə götürəcək".
O qeyd edib ki, əhalinin sayı və strukturunun qlobal göstəricilərinin ləng inkişafına baxmayaraq, bu proseslər regional səviyyədə daha sürətlə baş verir.
İyunun 10-da Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) planetdə doğum səviyyəsinin kritik həddə düşdüyünü, dünyada milyonlarla insanın iqtisadi və sosial çətinliklərə görə uşaq sahibi ola bilmədiyini bildirib. Sorğuda hər beşinci respondent istədikləri qədər uşaq sahibi ola bilmədiyini bildirib.
Samir