ABŞ-ın Ukraynadakı səfirliyi iyunun 17-də Rusiyanın hücumu qurbanlarının xatirəsinə matəm gününə qoşulub və bu hücumu prezident Donald Trampın qətlləri dayandırmaq və müharibəyə son qoymaq çağırışına zidd adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə Amerika missiyasının X sosial şəbəkəsindəki yazısında deyilir.
"Bu gün bütün Ukrayna ilə birlikdə 17 iyunda Rusiyanın hücumu qurbanları üçün Kiyevdə Yas Gününə qoşuluruq. Bir ABŞ vətəndaşı da daxil olmaqla 21 nəfər həlak olub. Uşaqlar da daxil olmaqla 134-dən çox yaralı var. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu mənasız hücum prezident Trampın müharibəni dayandırmaq çağırışı ilə ziddiyyət təşkil edir", deyə səfirlik bildirib.
İyunun 17-nə keçən gecə Rusiya işğalçı qüvvələri 472 hava hücumu maşını ilə Ukraynaya hücum edib. Hücumun əsas hədəfi Kiyev olub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri düşmənin 428 hava hücumu vasitəsinin zərərsizləşdirildiyini bildirib.
Son məlumatlara görə, iyunun 17-də Rusiyanın birgə hücumu nəticəsində Kiyevdə 24 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.
Samir