Özünə mükəmməl velosiped yaratmaq üçün 40-dan çox velosiped oğurladı

DÜNYA
20:22 / 18.06.2025
44

Niiqata (Yaponiya) polisi son dörd il ərzində 40-dan çox velosiped oğurlamaqda ittiham olunan 51 yaşlı kişini həbs edib. 

HİT.z bu barədə "Sora News" istinadən xəbər verir. 

Özünün etirafına görə, o, bu oğurluqları yalnız öz zövqünə və tələblərinə uyğun mükəmməl velosiped yaratmaq məqsədi ilə edib.

Yapon polis məmuru onu küçədə rutin yoxlama üçün saxladıqda yaxalanıb. Məlum olub ki, onun sürdüyü velosiped oğurlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişinin evinə baxış zamanı ümumi dəyəri 7000 dollardan çox olan daha 50-dən çox velosiped tapıblar.

Ümumilikdə 42 velosiped oğurlansa da, indi ona 35 velosiped oğurlamaq, eləcə də tapılmış əmlakın 7 dəfə mənimsənilməsində rəsmi ittiham irəli sürülüb - Yaponiya qanunlarına görə, itirilmiş əşyaların tapılması və saxlanması qanunsuzdur, onlar polisə təhvil verilməlidir.

Əvvəlcə kişi velosipedləri tərk edildiyinə inandıraraq, yalnız kilidsiz velosiped sürdüyünü iddia edib. Lakin sonradan məlum olub ki, o, istədiyi nəqliyyat vasitəsinə sahib olmaq üçün qıfıllardan bir neçəsini qırıb.

Onun planlaşdırdığı layihənin taleyi hələ də məlum deyil. Polisin məlumatına görə, oğurlanan velosipedlərin hamısı orijinal vəziyyətdə olub, heç biri hissələrə bölünməyib.

Samir

0