Amazon Meşələrində torpağın altından çıxan sirr

DÜNYA
20:13 / 19.06.2025
45

Braziliya - Fonte Boa bölgəsindəki süni adalarda tapılan qəbir qabları həm dəfn adətləri, həm də dövrün gündəlik həyatı barədə yeni suallar yaradır. Qablardan çıxan qalıqlar və istifadə olunan materiallar bölgənin mədəni müxtəlifliyinə işarə edir.

HİT.az xəbər verir ki, Braziliya Amazonlarının dərinliklərində kökündən uçmuş bir ağac yerli əhalini heyrətləndirən tarixi tapıntıya səbəb olub. Köklərin altından çıxan böyük və sirrli bir cisim qısa müddətdə arxeoloqların diqqətini cəlb eib. Bölgəyə gələn mütəxəssislər tapıntının tək olmadığını, əslində yeddi qədim dəfn qabının aşkar edildiyini açıqlayıb.

Bu qeyri-adi tapıntı Amazonas əyalətinin Fonte Boa bələdiyyəsindəki Koçila Gölü ətrafında edilib. Tapılan sferik qabların İspaniyadan əvvəlki dövrə aid olduğu və insan ilə heyvan skeletləri saxladığı müəyyənləşdirilib. Tapıntılar arasında xüsusilə iki qab ölçülərinə görə diqqət çəkir.

Mamiraua İnstitutunun arxeoloqu Corcia Layla Holanda qabların təxminən 40 santimetr dərinliyə basdırıldığını və ehtimal ki, qədim yaşayış yerlərinin altına yerləşdirildiyini bildirir. Qapaqların tapılmaması isə başqa bir sual doğurur: Bəs bu məzarlar vaxtı ilə keramika qapaqlarla deyil, çürüyüb məhv olmuş orqanik materiallarla örtülmüşdü?

Bu detal təkcə dəfn mərasimləri deyil, həmçinin dövrün yaşam tərzi barədə də fikir verə bilər. Arkeoloqlar belə dəfn təcrübələrinin evlərin altında basdırma ənənəsi ilə bağlı ola biləcəyini düşünürlər.

Qablar açılanda təkcə insan sümükləri deyil; həm də balıq və tısbağa qalıqlarına rast gəlinib. Bu vəziyyət məzarların yalnız dəfn məqsədi üçün deyil, eyni zamanda mərasim ziyafətləri və ya dəfn ritüellərində təqdim edilən heyvanlarla bağlı olduğunu güman etdirir.

Qabların hazırlanmasında fərqli keramika texnikalarının istifadə olunması da diqqətçəkicidir. İlkin təhlillər göstərir ki, bu bölgədəki cəmiyyət tək bir mədəniyyətə aid olmaya bilər, fərqli ənənələrin qovuşduğu çoxmədəniyyətli həyat tərzi izləri daşıya bilər.

Samir

0