Hindistan yaxın illərdə dünyanın üçüncü iqtisadiyyatına çevrilməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) Hindistanın dəmir yolları naziri Aşvini Vaişnav bildirib.
O, investorlara müraciət edərək onları Hindistanın inkişafına sərmayə qoymaq üçün bütün mümkün variantları öyrənməyə çağırıb.
"Bu sizə təməl qoymağa imkan verəcək və Hindistan 5-6 trilyon dollarlıq iqtisadiyyata çevriləndə siz bu təməl üzərində yeni ev tikə biləcəksiniz", deyə o bildirib.
Vaişnav əlavə edib ki, Hindistan iqtisadiyyatı yüksək templə inkişaf edir və ölkədə inflyasiya nəzarət altındadır.
Samir