Petr Pavel: Çin və Rusiya Avropaya yeni kiber təhlükə yaradır

DÜNYA
15:30 / 20.06.2025
48

Çexiya prezidenti Petr Pavel deyib ki, Rusiya və Çin Avropa üçün eyni kiber təhlükələr yaradır.

HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə “Financial Times” qəzetinə danışıb.

Onun sözlərinə görə, Moskva və Pekin hakerlik və casusluqda eyni səviyyədədir. Pavel bildirib ki, ölkələr kiber təhdidlər baxımından bərabərdirlə.

"Biz hər iki istiqamətdən və praktiki olaraq eyni səviyyədə kiberhücumlar gördük", deyə Pavel bildirib.

Bir gün əvvəl Çexiya Xarici İşlər Nazirliyi Rusiyanı Ukraynadakı münaqişənin həlli üçün sülh təşəbbüsləri ilə bağlı təxribat və trollinqdə ittiham edib. Bəyanatda deyilir ki, Ukrayna düz 100 gün əvvəl qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdiyi üçün sülh danışıqlarına hazır olduğunu açıq şəkildə nümayiş etdirib.

"Bəs Rusiya? Sabotaj, trolinq, absurd tələblər və dinc sakinlərə qarşı davam edən hücumlar. Kreml sülh istəmir. Ona maksimum təzyiq göstərilməlidir", deyə qeyd edilib.

Samir
 

0