Hindistanın Odişa ştatında bir balıqçı 29 nadir balıq tutaraq milyonçu olub.
HİT.az xəbər verir ki, bu barədə "KalingaTV" məlumat yayıb.
Balıqçının toruna bir dəfədə 29 ədəd xallı qorbalı (spotted croaker/Protonibea diacanthus) düşüb, onların hər biri 20 kiloqramdan çox olub.
Auksionda kişi bütün ovunu 3,3 milyon rupiyə (təxminən 64680 manat) satıb.
Cənub-Şərqi Asiyada xallı qorbalılardan ənənəvi tibbdə istifadə olunan dərmanlar və kosmetika hazırlanır.
Qeyd edək ki, martda ABŞ-da bir qrup balıqçı təxminən 700 kiloqram çəkisi olan nəhəng ağ köpəkbalığı (killer shark) tutmuşdu. Təxminən dörd metr ölçüsündə olan yırtıcı, Şimali Karolina ştatının Hatteras adası ətrafında tutulub. Yarım saat ərzində yeddi balıqçı köpəkbalığını sahilə çıxarmağa çalışıb. Onunla mübarizə prosesində balıqçılardan biri zədə alıb.
Fevralda Kanar adalarında Playa Kemada çimərliyində nadir "qiyamət balığı"nın (dünyanın ən uzun sümüklü balığı - oarfish) tapıldığı bildirilmişdi. Balıq öncə sahilə yaxın səthə, sonra isə çimərliyə atılmışdı.
Samir