Şotlandiyanın Qlazqo şəhərində yaşayan 36 yaşlı Liza Conston tez-tez 18 yaşlı qızı Alisiya ilə bacı zənn edilir. Onların bir-birinə olan bənzərliyi ətrafdakı insanların çaşqınlıq keçirməsinə səbəb olur.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Liza Alisiyanı 17 yaşında dünyaya gətirib və bu illər ərzində onunla çox yaxın münasibətdə olub. İndi isə onlar yalnız zahirən bacıya bənzəmir, həm də eyni tərzdə geyinir, eyni kosmetik vasitələrdən istifadə edir, ayaqqabıları paylaşır və eyni dost çevrəsinə malikdirlər. Onlar birlikdə idmanla məşğul olur, sağlam qidalanır və fəal həyat tərzi keçirirlər. Liza Conston hesab edir ki, bu həyat tərzi onun gənc qalmasına kömək edir.
Onların bu bənzərliyi bəzən xoşagəlməz hallara səbəb olur. Məsələn, gecə klublarına daxil olarkən mühafizəçilər Lizadan şəxsiyyətini təsdiq edən sənəd tələb edirlər. Birlikdə mağazalara və kafelərə getdikləri zaman insanlar Alisiyanın onu "ana" deyə çağırmasını eşidib təəccüb edirlər.
Sosial şəbəkələrdə Alisiyanın fotoları altında "Bu sizin ananız deyil, o 20 yaşında görünür!" kimi şərhlər yazılır.
Alisiya bildirib ki, onun rəfiqələri Liza ilə özlərini sərbəst hiss edirlər, çünki Liza gənclərlə asanlıqla ünsiyyət qurmağı bacarır.
Samir