Serbiya prezidenti Aleksandr Vuçiç 2025-ci ilin yazında Belqrad və digər şəhərlərdə keçirilən etirazların ölkənin təhsil sisteminə ciddi ziyan vurduğunu və tələbələrin kütləvi şəkildə qaçmasına səbəb olduğunu bildirib.
HİT.az-ın məlumatına görə, "TV Prva" telekanalına müsahibəsində dövlət başçısı bildirib ki, bir neçə min gənc ölkəni tərk edərək Sloveniya, Xorvatiya, Avstriya və Macarıstana köçüb.
Vuçiçin sözlərinə görə, gənclərin bu köçü Serbiyanın tarixində ən böyük köçdür - I və II Dünya müharibələri zamanı miqrasiyadan çoxdur. Hakimiyyət Belqrad və Novi Sad universitetlərinin akademik heyətinin itirilməsindən xüsusilə narahatdır. Tədris prosesində ciddi axsamalara səbəb olan aksiyalarda tələbələr və onların rəhbərliyi ali təhsil müəssisələrinin işini əngəlləyib.
Prezident ölkəni tərk edən tələbələrin dəqiq sayını bilməyən Belqrad Universitetinin rektorunun “həddindən artıq məsuliyyətsizliyini” qeyd edib. Vuçiç etirazçıları Serbiyaya vurulan zərərlə fəxr etdiklərinə görə də kəskin şəkildə qınadı. O, etirazlardan gələn itkiləri 800 milyon avro civarında qiymətləndirib.
Etirazlar 2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasında 15 nəfərin öldüyü fövqəladə hadisədən sonra başlayıb. Bir neçə aydır davam edən etiraz aksiyalarında əsasən tələbələr və müxalifət qüvvələri iştirak edib. Səlahiyyətlilərin məlumatına görə, martın ortalarında Belqradda keçirilən nümayişə 100 mindən çox insan toplaşıb.
Samir