Ukraynanın xarici işlər naziri Andriy Siqiba Avropadakı müttəfiqləri Rusiyanı danışıqlara məcbur etmək üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə onun Avropa İttifaqı xarici işlər nazirlərinin görüşü üçün Brüsselə gəlişindən sonra verdiyi bəyanata istinadən “European Pravda” qəzeti yazıb.
Onun sözlərinə görə, müharibənin aparılmasının qiymətini qaldırmaq üçün bütün diplomatik vasitələrdən istifadə edilməlidir.
"Rusiyanı sülhə, danışıqlara məcbur etmək üçün bütün diplomatik vasitələrdən istifadə etməyin vaxtı çatıb. Onların danışıqlar masasına oturmaq üçün heç bir əsası yoxdur. Ona görə də bir daha: sanksiyalar, təcrid, aktivlərin dondurulması", deyə nazir bildirib.
Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Volodimir Zelenski xüsusi "Rusiyaya təzyiq" ayı üçün ukraynalı diplomatlar qarşısında dəqiq vəzifələr qoyub. Bu, Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında ruslarla ukraynalıları bir xalq hesab etdiyini deməsindən sonra baş verib.
Samir