"DeepSeek" istifadəçi məlumatlarını Çin hərbi və kəşfiyyat xidmətlərə ötürür

DÜNYA
17:12 / 23.06.2025
60

"DeepSeek" çatbotunu inkişaf etdirən Çin şirkəti istifadəçi məlumatlarını Çinin hərbi və kəşfiyyat xidmətləri ilə paylaşır. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

"Biz başa düşürük ki, "DeepSeek" Çinin hərbi və kəşfiyyat əməliyyatlarını dəstəkləməyə hazır olub və çox güman ki, dəstəkləməyə də davam edəcək", deyə agentliyin mənbəsi bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, "DeepSeek" Çin Xalq Azadlıq Ordusu və Çinin müdafiə sənayesi bazası ilə əlaqəli digər təşkilatlar üçün satınalma hesabatlarında 150 dəfədən çox xatırlanır.

"DeepSeek" ilk dəfə bu ilin əvvəlində "OpenAI"ın inkişaflarına rəqabətədavamlı və “əsaslandırıcı” alternativ olan R1-i təqdim edərkən diqqəti cəlb etdi. Bu uğur Çin startapını ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirən bir sıra Amerika tənzimləyiciləri arasında narahatlıq yaradıb.

Samir

0