Zelenski: Rusiya 5 il ərzində NATO üzvünə hücum edə bilər

DÜNYA
14:14 / 24.06.2025
51

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Vladimir Putin “Alyansı sınamaq üçün” beş il ərzində NATO ölkəsinə hücum edə bilər.

HİT.az xəbər verir ki, bunu dövlət başçısı “Sky News” telekanalının aparıcısı Mark Ostinə müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, NATO üzvlərinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq planları çox ləngdir:

"Biz hesab edirik ki, 2030-cu ildən başlayaraq Putinin daha böyük imkanları ola bilər (hücum etmək-red.). Bu gün o, Ukrayna tərəfindən cilovlanıb, onun orduya təlim keçməyə vaxtı yoxdur".

O əlavə edib ki, rus əsgərləri döyüş meydanında məhv edilir:

"İstənilən halda Putinə lazımdır, ona sanksiyaların götürülməsi lazımdır, ona təlim keçmiş ordu lazımdır. 10 il isə çox uzun müddətdir. Onun yeni ordusu o vaxta qədər hazır olacaq".

Eyni zamanda, Rusiyanın bir neçə ay ərzində hücum edə biləcəyini soruşduqda, Zelenski Putinin hazır olduğuna inanmadığını deyib.

Samir

0