Finlandiya, Polşa və Baltikyanı ölkələr Rusiyanın mümkün hücumu halında öz sərhədlərində piyada əleyhinə minalardan ibarət “yeni partlayıcı dəmir pərdə” yaradırlar.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Mətndə deyilir: "Finlandiyanın ən şimalındakı Laplandiyadan Polşanın şərqindəki Lyublin Voyevodalığına qədər, Avropaya yeni və partlayıcı dəmir pərdə enmək üzrədir".
Finlandiya, Estoniya, Latviya, Litva və Polşa 1997-ci il Piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxdıqlarını elan edərək, qərara alıblar ki, Rusiyanı çəkindirmək bir vaxtlar ağlasığmaz olan müdafiə tədbirləri tələb edir.
Qəzet yazır: "Lazım gələrsə, onlar öz sərhədləri boyunca sakit şam və ağcaqayın meşələrini milyonlarla mina ilə əkəcəklər - bir vaxtlar o qədər iyrənc hesab edilən silahlar ki, dünyanın çox hissəsi onları əbədi olaraq qadağan etməyə çalışırdı".
Aprel ayında Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirmişdi ki, ölkənin piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması asan qərar deyil. Onun sözlərinə görə, Finlandiyanın çox güman ki, konvensiyadan çıxması Helsinkinin beynəlxalq müqavilə sisteminə sadiqliyini zəiflətmir.
Samir