Şahzadə Harri atası III Çarlz və qardaşı Şahzadə Uilyam ilə barışıq yolunda addım atmağa qərar verib.
HİT.az xəbər verir ki, bu barədə “Daily Mail” insayderə istinadən məlumat yayıb.
Şahzadə Harri ailəsini 2027-ci ildə İngiltərədə keçiriləcək İnvictus Oyunlarına dəvət etmək istəyir. Mənbənin sözlərinə görə, Susseks hersoqu iyunun sonunda qohumlarına elektron məktub göndərəcək, bundan sonra isə rəsmi dəvət gələcək.
"İnvictus Oyunlarının təşkilatçıları ümid edir ki, kral ailəsi iştirak edəcək veteranları dəstəkləməyə gələcək. Harri atasının fikir ayrılıqlarını arxada qoymasını və tədbirdə iştirak etməsini istəyir. Kral ailəsinin üzvləri hər zaman İnvictus Oyunlarına böyük dəstək olub və Harrinin bu sahədə əldə etdiyi nailiyyətlərlə fəxr edirlər", deyə mənbə bildirib.
İnvictus Oyunları hərbi münaqişələrin əlil veteranları üçün idman yarışıdır. Tədbir 2014-cü ildə Şahzadə Harri tərəfindən təsis edilib. İştirakçılar oxatma, basketbol, voleybol, reqbi, üzgüçülük və digər idman növləri üzrə yarışırlar.
Samir