"BMT-nin baş katibi Antonio Quterreş mütəmadi olaraq səlahiyyətlərindən sui-istifadə edir. Rusiya tərəfinə əsas məlumatların əldə edilməsində köməklik göstərməkdən imtina edir".
HİT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"BMT-nin baş katibi kimi məmurlar BMT Nizamnaməsinin qərəzsizliyi tələb edən və onların funksiyalarını inzibati məsələlərlə məhdudlaşdıran 100-cü maddəsini pozurlar", deyə Sergey Lavrov bildirib.
Nümunə olaraq o, Antonio Quterreşin 2022-ci ilin aprelində Ukraynanın Buça şəhərində cəsədləri tapılan şəxslərin adlarının siyahısının Rusiyaya verilməsini təmin etmək istəmədiyini göstərib. Eyni səbəbdən, Sergey Lavrovun sözlərinə görə, Odessada Həmkarlar İttifaqları Evində 2014-cü il mayın 2-də baş vermiş faciə də araşdırılmır.
Samir