300 kiloqram çəkisi olub: Dünyanın ən böyüyü idi, amma uça bilmirdi

DÜNYA
18:56 / 25.06.2025
45

"Bütün tarix boyu dünyada uçmaq bilməyən çoxlu quşlar meydana çıxsa da, onlar Nəhəng Moa (Dinornis robustus) ilə müqayisə edilə bilməz". 

HİT.az xəbər verir ki, bunu "Forbes" jurnalı üçün yazdığı məqalədə amerikalı bioloq, Rutgers Universitetindən Skott Trevers bildirir. 

O deyir ki, dünyanın ən böyük quşu 260 kiloqramdan çox çəkirdi və boynu uzadılmış halda 3-4 metr hündürlüyə çatırdı. Nəhəng Moa Yeni Zelandiyanın meşələrində yaşayıb - bütün populyasiya təxminən e.ə. 1450-ci ildə nəsli kəsilənə qədər.

Trevers Nəhəng Moanı dəvəquşu və emularla müqayisə edir. Hər üçü uçmaq bilməsə də, Dinornis robustus-un hətta "qardaşları"ndan fərqli olaraq qanadları belə yox idi (digərlərində dekorativ olsa da, qanad olub).

Belə çıxır ki, bu ən hündür quş tamamilə qanadsız quş kimi təkamül etmişdir. Nəhəng Moanın təkamül yolu on milyonlarla il əvvəl, əcdadlarının Yeni Zelandiyaya gəlməsi ilə başlayıb – güman ki, uçaraq və ya üzərək, o vaxt quru digər cənub qitələrinə daha yaxın olduğu bir vaxtda.

Təcrid olunmuş vəziyyətdə quşlar özünəməxsus mühitlə üzləşib: Yeni Zelandiyada yerli məməli heyvanlar yox idi (bir neçə yarasa növü istisna olmaqla). Bu da Nəhəng Moalara ekosistemdəki boşluğu doldurmaq və olmayan növlərin rolunu öz üzərinə götürmək imkanı verib. Ən əsası, Yeni Zelandiyada quşlar üçün böyük yırtıcılar yox idi, buna görə də onların öz ölçüləri problem deyil, üstünlük olub.

Daha sonra təkamül edən Moalar əsl nəhənglərə çevrildilər və məqalənin əvvəlində qeyd etdiyimiz ölçülərə çatıblar. Böyük quşlar çəmənliklər və vadilər arasında gəzir, qıjı, kolluq bitkiləri və yüksək ağacların yarpaqları ilə qidalanıblar. Boylarının hündürlüyü sayəsində digər məməlilərin çata bilmədiyi yerdə (müasir zürafələr kimi) qida tapa biliblər.

Bioloqun sözlərinə görə, Nəhəng Moalar üçün təhlükə yarada biləcək yeganə məlum yırtıcı Yeni Zelandiya Haast qartalı olub. Bu, indiyə qədər məlum olan ən böyük qartal növü olsa da, belə nəhəng quşları öldürmək onun üçün belə çətindir.

Amma...

Nə qədər böyük və güclü olsa da, quş insana qarşı dura bilməyib – Nəhəng Moaların da başına gələn bu olub. XIII əsrdə Yeni Zelandiyaya Maori xalqı gələndə, quşların nəsli kəsilməyə başlayıb. Onlar rəqibini kiçimsəyiblər – öz boy və çəki üstünlüyünü başa düşən bu quşlar qorxmadan insanların yanına yaxınlaşıblar. İnsan isə bu yaxşı niyyəti düzgün qiymətləndirməyib və öz mənafeyi üçün hərəkət edib – ovçuluğu artırıb və quşların yaşadığı təbii mühiti fəal şəkildə məhv edib. Maorilərin gəlişindən əvvəl adada təxminən doqquz növ Nəhəng Moa olub, lakin cəmi 200 il sonra onlardan bir dənə də qalmayıb.

Samir
 

0