Moskva və Bütün Rusiyanın patriarxı Kirill süni intellektin yayılmasının potensial sosial nəticələri ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, bu "Dəccal dövrünə" gətirib çıxara bilər.
HİT.az xəbər verir ki, patriarxı Kirill bu barədə Rus Pravoslav Kilsəsinin Ali Kilsə Şurasının iclasında bildirib.
Patriarxın fikrincə, süni intellekt insan və sosial həyatın müxtəlif aspektlərinə təsir edir və buna görə də kilsədən düşünülmüş və məsuliyyətli düşünməyi tələb edir.
O, diqqəti bu gün narahatedici tendensiyanın - canlı insanlarla qarşılıqlı əlaqədənsə, süni intellektlə ünsiyyətə üstünlük verdiyinə yönəldib. Rus Pravoslav Kilsəsinin rəhbəri vurğulayıb ki, insanın sosial təbiəti canlı ünsiyyəti nəzərdə tutur, bunsuz təkcə fərd deyil, bütövlükdə cəmiyyət deqradasiyaya uğrayır.
Patriarx bu dəyişiklikləri xeyirlə şər arasındakı sərhədin silindiyi, onun fikrincə, dərin mənəvi və əxlaqi nəticələrə səbəb ola biləcəyi bir vəziyyətə keçid kimi xarakterizə edib:
"Bir-biri ilə ünsiyyət qurma, dolayısıyla da sevmək, bağışlamaq, rəğbət bəsləmək qabiliyyətini itirmiş insanların yaşadığı dünya necə olacaq? Bu, artıq teoloji mövzudur, çünki bu keyfiyyətlərin və bu insani qabiliyyətlərin aradan qalxması ilə bəşəriyyət artıq yaxşını şəri ayırd etmək mümkün olmayan sərhədi keçəcək və məhz bu qabiliyyətin itirilməsi "Dəccal dövrü"nün başlaması deməkdir".
O, Rus Pravoslav Kilsəsinin Şurasına müraciət edərək, onları süni intellektdən gələn təhlükəni tanımağa və bu problemin həllini tapmağa çağırıb.
Qeyd edək ki, Dəccal İslam dininə görə Qiyamət gününə, Mehdinin zühuruna yaxın çox nəhəng uzunqulağa minib zühur edərək insanları dindən uzaqlaşdıracaq əfsanəvi şəxsdir, Xristian dinində isə İsa peyğəmbərin düşmənidir.
Samir