"Politico": Çarəsiz Avropa Trampın "Tənha Reyncer" diplomatiyasını qəbul edir

DÜNYA
17:25 / 25.06.2025
47

"Əvvəllər köhnə qitə (Avropa) Amerikanın "Dünya polisi" rolunu oynamasından narazı idi, lakin bu gün Donald Trampın "Tənha Reyncer" obrazında tənqidə səbəb olmur. Əslində, Böyük Britaniya, Fransa və Almaniya liderlərinin mövqeyi məhz budur. Hər üçü İsrail və Amerikanın İranın nüvə proqramına hücumlarını demək olar ki, təsdiqlədi".

HİT.az xəbər verir ki, bunu "Politico" qəzeti yazıb.

"2003-cü ildə ABŞ-nin rəhbərlik etdiyi İraqa müdaxilə ilə müqayisədə ziddiyyət heyrətləndiricidir - o zaman Qərb beynəlxalq hüquq barədə mübahisələrlə parçalanmışdı. Amerikanın "qabaqcıl zərbələr" haqqındakı danışıqları "kovboy ədaləti" kimi rədd edilmişdi", deyə nəşr əlavə edib.

"Politico" yazır ki, coğrafi siyasət Avropanın bu təslimiyyətini izah etməyə kömək edir:

"Qərb hökumətləri Yaxın Şərqdə hakimiyyət boşluğundan qorxur. Buna görə də Trumpın İranda rejim dəyişikliyindən imtina etdiyini eşitməkdən məmnun oldular. Məxsusi səbəblərə görə, Qərb hökumətləri həm də Trampın "pulsuz sərnişin həmkarlar" barədə nəsihətlərindən qurtulduqları üçün rahat nəfəs aldılar. Avropanın reaksiyası məntiqlidir, amma göstəricidir. Xarici siyasətdə dəyişdirilə bilməyəni qəbul etmək lazım gəldiyi prinsipinə əməl etmək faydalıdır, lakin burada bu qəbul zəifliyə çox yaxındır və ya bu prinsip tez-tez zəifliyə çevrilə bilər".

Qeyd edək ki, "Tənha Reyncer" ABŞ istehsalı filmdir. Filmdəki hadisələr XIX əsrdə Amerikada baş verir. Cinayətkarlığın tüğyan etdiyi Vəhşi Qərbdə, təsadüfən reyncer Con Rid və hindu Tonto rastlaşır. O gündən cinayətkarlıqla mübarizədə qüvvələrini birləşdirmək qərarına gəlirlər. Ümumi düşmənlərinə meydan oxumamışdan öncə isə bir-birlərilə əlbir, birgə işləməyi öyrənməlidirlər. Axı onlar tam fərqli dünyanın adamlarıdır. Film boyu qəhrəmanlar təhlükəli və çətin kuryoz vəziyyətlərə düşür. Çıxış yolu belə olmayan vəziyyətlərdən belə məharətlə çıxmağı, hətta düşmənlərinə qalib gəlməyi bacarırlar. Reyncer Con Rid hindu dostu Tonto sayəsində cinayətkarlıqla mübarizə aparan əfsanəvi qəhrəmana çevrilir...

Samir

0