İqlim dəyişikliyi ilə əlaqədar alimlər karbon-neytral yanacağın əsası ola biləcək təbii hidrogen mənbələrinin axtarışına xüsusi diqqət yetirirlər. Fransa geoloqları Albaniyada unikal hidrogen yatağı kəşf ediblər.
HİT.az xəbər verir ki, bu barədə "Ecoportal"ın məlumat yayıb.
Kəşfin dəyəri ondadır ki, hidrogen atmosferə süzülür və bu hasilat prosesini asanlaşdıracaq. "Science" jurnalında dərc edilən araşdırmaya görə, Albaniyadakı Bulqiz xrom mədəninin altında 50.000 ton həcmində və təxminən 84% təmizlikdə hidrogen yatağı gizlənir. Yataq bir zamanlar okean dibi olan və milyonlarla il əvvəl tektonik plitələrin hərəkəti nəticəsində yerindən sürüşən qabıq qatında yerləşir. Bu sürüşmələr nəticəsində "ofiolitlər" adlanan qaya qurşağı formalaşıb. 3000 km uzunluğundakı bu qurşaq Türkiyədən Sloveniyaya qədər uzanır.
Qrenobl-Alp Universitetinin geokimya professorü Loran Truşe Albaniyadakı ofiolitləri tədqiq edərkən hidrogen ehtiyatlarını aşkar edib. Onun məlumatına görə, hidrogen qaya çatlarından süzülərək su hövzələrinin səthində köpürək əmələ gətirir. Professor hesab edir ki, ildə ən azı 200 ton yüksək keyfiyyətli hidrogen atmosferə süzülür və bu tutula bilər. Bu, dünyada ən intensiv təbii hidrogen axınlarından biridir və ən azı iki əsr boyu belə qalacağı güman edilir. Truşenin qiymətləndirməsinə görə, bu yatağı unikal edir.
"Ecoportal" qeyd edir ki, hidrogen iqlim-neytral yanacaq istehsalı üçün istifadə edilə bilər, lakin bunun üçün mədəndə bütün infrastrukturun qurulması lazımdır. Tikinti işlərini asan alovlanan süzülən hidrogen çətinləşdirə bilər. Ehtimal var ki, o, artıq mədəndə baş vermiş bir neçə partlayışın səbəbi olub.
Samir