Almaniyada fəlakətli quraqlıq səbəbindən şəxsi bağların ictimai su ilə suvarılmasına qadağa qoyulub.
HİT.az xəbər verir ki, bu barədə “Focus” jurnalı məlumat yayıb.
Rekord dərəcədə az yağıntı və qrunt sularının səviyyəsinin kəskin azalması hakimiyyəti çaylardan, göllərdən və quyulardan həm şəxsi, həm də ictimai ehtiyaclar üçün suyun yığılmasını qadağan etməyə məcbur edib.
İndi 50.000 avro cərimə təhlükəsi altında Brandenburq, Saksoniya-Anhalt, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Baden-Vürtemberq federal əyalətlərinin bəzi ərazilərində bağları və idman meydançalarını sulamaq qadağandır. Məhdudiyyətlər qrunt suları ilə gündəlik suvarma üçün də tətbiq edilir.
Samir