Niderlandda alimlər qeyri-adi Roma hərbi düşərgəsi tapdı - FOTO

DÜNYA
23:13 / 01.07.2025
62

Niderlandın Hug Buurlo adlı bölgəsində qədim Roma ordusuna aid müvəqqəti hərbi düşərgənin qalıqları aşkar edilib. Bu nadir tapıntı Roma imperiyasının sərhədlərindən kənarda, yəni Reyn çayı boyunca keçən Aşağı German limesindən təxminən 25 kilometr şimalda yerləşir. 

HİT.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Utrext Universitetinin Antik tarix və klassik sivilizasiya kafedrasının dosenti, layihənin baş tədqiqatçısı Saskiya Stivens qeyd edib ki, “bu, Niderland ərazisində indiyədək aşkarlanan dördüncü Roma müvəqqəti düşərgəsidir və bu səbəbdən çox nadir hadisədir. Həmçinin, bu tapıntı Roma ordusunun limesi imperiyanın son nöqtəsi kimi qəbul etmədiyini göstərir”.

План новознайденого форту в Нідерландах / фото Saskia Stevens, Constructing the Limes

Stivensin sözlərinə görə, bu düşərgə çox güman ki, yalnız bir neçə gün və ya həftə ərzində istifadə edilib. Ola bilər ki, bu, başqa, daha böyük bir düşərgəyə gedən yolda dayanacaq nöqtəsi olub. Həmin digər düşərgə təxminən bir günlük məsafədə yerləşir.

Araşdırma zamanı Saksiona Tətbiqi Elmlər Universitetinin arxeologiya ixtisası üzrə təhsil alan tələbəsi Yens Geri xüsusi kompüter proqramı hazırlayıb. Bu proqram Roma ordusunun Veluve ərazisində hərəkət marşrutlarını təxmin etməyə və müvəqqəti düşərgələrin yerləşmə ehtimalı olan sahələri müəyyənləşdirməyə kömək edib.

Артефакт замка, знайдений у тимчасовому військовому форті / фото Saskia Stevens, Constructing the Limes

Stivens bildirib ki, proqram yolların və su mənbələrinin mövcudluğunu nəzərə alaraq, romalıların tez-tez tikdiyi, oyun kartı formasında olan tipik düşərgələri müəyyən etməyə çalışıb.

Yeni aşkarlanmış düşərgənin planına əsasən, onun sahəsi 3,6 hektar olub və dairəvi bucaqlara malik düzbucaqlı formada tikilib. Düşərgənin ətrafında 2 metr dərinliyində V şəkilli xəndək, 3 metr enində torpaq bənd və bir neçə giriş qapısı olub. Ərazidə yalnız az sayda artefakt tapılıb, onlardan biri Roma hərbçilərinə aid zireh parçasıdır.

Stivens qeyd edib ki, tapıntıların azlığı təəccüblü deyil, çünki bu düşərgə yalnız qısa müddət ərzində istifadə edilib və əsgərlər az sayda əşyayla hərəkət ediblər.

Onun sözlərinə görə, bu tapıntı göstərir ki, “romalılar sərhəddən kənarda da aktiv olublar və həmin ərazini təsir dairələrinə daxil hesab ediblər”.

Samir

0