İspaniyaya tətilə getmək istəyirsinizsə, mütəxəssislər təmiz mavi suları, sirli mağaraları və kano səfirləri ilə məşhur olan heyrətamiz bir yerə baş çəkməyi məsləhət görür. Söhbət 1960-cı illərdən etibarən tarixi abidələri, enerjili məhəllələri və canlı gecə həyatı ilə istirahət üçün populyar olan Malaqa şəhərindən gedir.
HİT.az xəbər verir ki, bunu "Express" qəzeti yazır.
Həmçinin şəhər yaxınlığında məşhur əyləncə mərkəzi Marbelya ziyarət edilə bilər. Bundan əlavə, Malaqa hava limanından 50 dəqiqəlik məsafədə Nerha adlı gözəl şəhər yerləşir ki, burada İspaniyanın ən yaxşı çimərliklərindən bəziləri var.
"Məşğul əyləncə məkanlarından uzaqlaşmaq istəyirsinizsə, bu yer daha az turistikdir, bir neçə gözəl gəzinti zonasına malikdir və çox cazibədarlıq təklif edir. Qayaların arasında Maro şəlaləsi və ya Kaskada de Maro gizlənib", məqalədə qeyd olunur.
Bu şəlaləni görmək üçün Maro kəndinin sahil xəttində və Nerhadan 3 km aralıda yerləşən bu yerdə kano və ya qayıqla üzmək olar.
"Bu şəlalə bütün regiondakı ən sehrli təbii möcüzələrdən biridir", deyə "Travel Choreography" şirkəti təsdiq edir.
Eyni zamanda, "TikTok" istifadəçisi Helena bu yeri ziyarət etmək təcrübəsini bölüşüb:
"Malaqada qaldıq, maşınımız var idi, ona görə də oraya getdik. Təpənin başında dayanacaqda park etdik, sonra sizi aşağı aparan 3 avroluq avtobus var (ya da 15 dəqiqəlik eniş-çıxışlı piyada yolu, amma həqiqətən də əladır!). Biz birbaşa Maro çimərliyinə enib, kano kirayə götürdük və ora üzdük".
Samir