Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Mask özəl şirkətlərlə bağlı məxfi məlumatlara çıxış əldə edib.
HİT.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
Nəşrin müəllifləri vurğulayırlar ki, Mask məlumatlardan rəqiblərlə mübarizədə istifadə edə bilər. Audit göstərib ki, ən azı yeddi əsas departament və ya agentlikdə DOGE rəqiblərin kommersiya sirlərini, dövlət müqavilələri və məxfi tənzimləmə hərəkətləri haqqında açıq olmayan məlumatları və ya digər məlumatları ehtiva edən qeydlərə baxmaq hüququnu təmin edib.
"Hökumətə təqdim etdiyimiz məlumatların çoxu rəqabət baxımından həssasdır. Bunu edəndə onun qorunduğunu güman edirik. İndi isə belə görünür ki, biz həssasıq", deyə Maskın rəqiblərindən biri deyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) sahibkarın özünü yoxlamasını təklif edib.
Samir