ABŞ-dan ayrılmaq istəyən kaliforniyalıların sayı rekord həddə çatıb

DÜNYA
22:34 / 01.07.2025
66

Kaliforniyalıların rekord hissəsi ABŞ-dan ayrılmaq istəyir - 44%. 

HİT.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı Kaliforniya Müstəqillik İnstitutunun (ICI) direktoru Koyot Marinə istinadən yazıb.

"YouGov" şirkəti 500 kaliforniyalı arasında sorğu keçirib. Araşdırmaya görə, kaliforniyalılar federal hökumətdən daha çox yerli hökumətə güvənirlər.

Kaliforniya Müstəqillik İnstitutunun sədr müavini Timoti Vollmer əlavə edib ki, kaliforniyalılar özünüidarə etməyə hazırdır.

İyunun 6-da ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin reydləri səbəbindən Los-Ancelesdə etirazlar başlayıb. Şəhər miqrantları kütləvi şəkildə saxlamağa başlayandan sonra insanlar küçələrə axışıb.

Əvvəlcə aksiyalar dinc xarakter daşıyıb. Lakin ABŞ prezidenti Donald Tramp Milli Qvardiyanı şəhərə yerləşdirmək qərarına gəldikdən sonra orada iğtişaşlar başladı və hər keçən gün daha da şiddətləndi. Xüsusilə etirazçılar bir neçə onlarla pərakəndə ticarət obyektini qarət edib və yerli biznesə milyonlarla dollar ziyan vurublar.

Samir

0