Keyt Kelloq: "Lukaşenkoya söz verməmişəm"

DÜNYA
17:33 / 02.07.2025
75

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq ona Ukraynanın Rusiyaya zərbələrini məhdudlaşdırmaq üzərində işləyəcəyinə söz verib. 

HİT.az xəbər verir ki, lakin amerikalı siyasətçi bu cür sözləri təkzib edib.

"Bu sitat kontekstdən çıxarılıb. Lukaşenko ilə söhbətimdə biz tam və qeyd-şərtsiz atəşkəs barədə müzakirə apardıq. Kiyevin davranışına hər hansı məhdudiyyətlər Moskvanın qarşılıqlı hərəkətləri ilə şərtlənir. Mən Ukraynanın müharibəni tam atəşkəsdən kənarda davam etdirməsinə heç vaxt münasibət bildirməmişəm", deyə Kelloq sosial şəbəkədə öz səhifəsində yazıb.

Xatırladaq ki, iyulun 1-də Rusiya və Belarus KİV-ləri Lukaşenkonun Trampın xüsusi nümayəndəsinə Rusiya prezidenti Vladimir Putinin mümkün atəşkəslə bağlı mövqeyini çatdırması barədə bəyanatını yayıb. Sonra Lukaşenko deyib ki, Rusiya atəşkəsin əleyhinə deyil, lakin Amerika, Britaniya, Fransa raketlərinin onun ərazisinə düşməsini istəmir.

Belarus lideri əlavə edib ki, Putin Qərb ölkələrindən Ukrayna lideri Volodimir Zelenskiyə Rusiyaya zərbə endirməmək barədə göstəriş verməsini tələb edib. Lukaşenkonun sözlərinə görə, yalnız bu halda Rusiya Federasiyası atəşkəsə razılaşacaq.

Samir
 

0