Rusiya Ukraynada iki cəbhədə hücum əməliyyatlarını intensivləşdirərək Kiyevi qiymətli ehtiyatlarını döyüşə atmağa məcbur edib və Ukraynanın digər regionlarında döyüşləri genişləndirməklə hədələyib - halbuki hər iki tərəf payızda “döyüş mövsümü” bitməmiş üstünlük əldə etməyə çalışır.
HİT.az bu barədə "The Independent"ə istinadən xəbər verir.
Bildirilir ki, Moskva atəşkəsi ciddi şəkildə nəzərdən keçirməzdən əvvəl maksimum ərazi “qazancını” əldə etməyə çalışır. Ukrayna hücumu mümkün qədər uzun müddət saxlamağa və düşmənə ciddi itkilər verməyə çalışır.
"Rusiya qoşunları strateji əhəmiyyətli logistika qovşağında - Pokrovsk şəhərində tədricən irəliləyir. Onun ələ keçirilməsi döyüş meydanında böyük qələbə olacaq və Rusiyanı Donetsk vilayəti üzərində tam nəzarətə yaxınlaşdıracaq", deyə materialda qeyd edilib.
Bundan əlavə, döyüşlər artıq qonşu Dnepropetrovsk vilayətinin sərhədinə yaxınlaşıb. Mətbuat yazır ki, Moskvanın şərqdə mövqelərini möhkəmləndirməsinin qarşısını almaq üçün Ukrayna qüvvələri Sumı vilayətinin şimal-şərq hissəsində ən yaxşı və təcrübəli rus qoşunlarından bir neçəsini bağlamağa çalışır.
"Ukrayna üçün ən yaxşı ssenari Rusiyanın Donbasdakı hücumunu dayandırmaq və ya heç olmasa ləngitməkdir", deyə rus-ingilis hərbi tarixçisi Sergey Radçenko bildirib.
Daha sonra onun sözlərinə görə, “bu məqam atəşkəs sazişinin bağlanması üçün əsas ola bilər",
Payızda, hücum zamanı hansı uğurlara imza atdıqları bəlli olanda Rusiyanın Ukraynaya müəyyən güzəştlər etmək üçün daha çox səbəbi olacaq.
Rusiya yavaş-yavaş, lakin davamlı şəkildə bəyan etdiyi məqsədə - Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərinin ələ keçirilməsinə doğru irəliləyir. Strateji əhəmiyyətli Pokrovska birbaşa hücum edə bilməyən rus işğalçıları şəhəri mühasirəyə almağa çalışırlar ki, bu da Dnepropetrovsk vilayətinə doğru irəliləməyi tələb edir. Jurnalistlər qeyd edirlər ki, müharibənin altıncı regiona qədər genişləndirilməsi Ukrayna üçün ağır mənəvi zərbə olacaq və Rusiya bu sahədə möhkəmlənə bilsə, danışıqlarda daha çox rıçaq verəcək.
"Da Vinçi canavarları" batalyonunun komandir müavini Oleksiy Maxrinski 1200 kilometrlik cəbhə xətti boyunca əsgər və təchizat çatışmazlığı səbəbindən Ukrayna qüvvələri əks-hücum etməkdənsə, diqqətini mövqeləri saxlamağa və resurslara qənaət etməyə məcbur olur.
Ukrayna Silahlı Qüvvələrinin 72-ci briqadasının pilotsuz uçuş aparatının komandiri Andrey Nazarenkonun sözlərinə görə, Rusiyanın məqsədi Ukrayna prezidenti Volodimir Zelenski ilə Putin arasında danışıqlarda güclü mövqe əldə etmək üçün sadəcə olaraq Dnepropetrovsk vilayətinə daxil olmaqdır: "Onlar həqiqətən istədiklərinə nail olmağa yaxındırlar".
Üstəlik, son aylarda rus piyadalarının əhval-ruhiyyəsi dəyişib. Əgər əvvəllər Ukrayna pilotsuz təyyarələrinin zərbələri altında geri çəkilirdilərsə, indi nə olursa olsun irəliləməyə davam edirlər.
Samir