"Səni sevirəm" dedi, həbs olundu - 8 il sonra bəraət aldı

DÜNYA
22:54 / 02.07.2025
76

Hindistanda eşq elan etdiyi üçün həbsxanada cəza çəkən şəxs 8 ildən sonra bəraət alıb.

HİT.az bu barədə "Times of India"ya istinadən xəbər verir.

Bombay Ali Məhkəməsi 2017-ci ildə 17 yaşlı qıza sevgisini elan etdiyinə görə cinsi qısnamada ittiham olunan 25 yaşlı kişiyə bəraət verib. Məhkəmə açıq-aşkar cinsi əlaqə və ya uyğun davranış olmadığı halda sadə sevgi ifadəsinin qısnama sayıla bilməyəcəyinə qərar verib.

11-ci sinifdə oxuyan məktəbli bildirib ki, kişi onu və əmisi oğlunu küçədə saxlayıb, onun əlindən tutub və "səni sevirəm" deyib. Daha sonra polis hindistanlıya qarşı cinayət işi qaldırıb. Məhkəmə sonda onu üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etsə də, qərardan apellyasiya şikayəti verib.

Təqsirləndirilən şəxsin vəkili vurğulayıb ki, müvəkkilinin hərəkətlərində cinayətin bu maddələrlə tövsif edilməsi üçün zəruri olan təkrar təmaslar, fiziki məcburiyyət və ya cinsi xarakterli əlamətlər yoxdur.

Samir
 

0