Pentaqon ABŞ-ın ehtiyatlarının çox az olması ilə əlaqədar olaraq Ukraynaya bəzi hava hücumundan müdafiə raketləri və digər dəqiq idarə olunan döyüş sursatlarının tədarükünü dayandırıb.
HİT.az xəbər verir ki, bu barədə qərarla tanış olan iki şəxs "Reuters"ə şərhində bildirib.
Onlar vurğulayıblar ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının Kiyevə təhvil verəcəyinə söz verdiyi bəzi silahların tədarükünün ləngiməsi son günlər baş verib. Onların sözlərinə görə, saxlanılan təchizatlar arasında Rusiya pilotsuz təyyarələri və raketlərinin vurulmasına kömək edən hava hücumundan müdafiə vasitələri də var.
Eyni zamanda, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fedir Venislavski tədarükün dayandırılması qərarını bizim üçün çox xoşagəlməz adlandırıb.
"Bu, ağrılıdır və Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi terror aktları fonunda bu, çox xoşagəlməz vəziyyətdir", deyə o vurğulayıb.
"Reuters"in məlumatına görə, Pentaqon e-poçt məktubunda bildirib ki, o, Donald Trampa Rusiyanın bu ölkədəki müharibəsini dayandırmaq məqsədinə uyğun olaraq Ukraynaya hərbi yardımı davam etdirmək variantları təqdim edir.
"Eyni zamanda, departament bu məqsədə nail olmaq üçün öz yanaşmasını diqqətlə öyrənir və uyğunlaşdırır, eyni zamanda administrasiyanın müdafiə prioritetlərini yerinə yetirmək üçün Amerika silahlı qüvvələrinin hazırlığını qoruyur", deyə dövlət katibinin siyasət məsələləri üzrə müavini Elbridg Kolbi bildirib.
Samir