Yay özünün ən isti günlərində olsa da, payız səfərləri üçün plan qurmağın vaxtıdır. Xüsusən də təcrübəli səyyahların çoxu sentyabrı tətildə daha uğurlu bir ay hesab edir – artıq nə izdiham, nə də cəhənnəm istisi var.
HİT.az xəbər verir ki, dünyanın ən böyük turist nəşriyyatı "Lonely Planet"in ekspertləri payızın ilk ayında istirahət üçün ideal olan Avropanın 6 istiqamətini seçiblər.
"Sentyabrda Avropada yay turistlərinin izdihamı azalır, hava isə bir qədər mülayimləşir. Bu da qitənin təklif etdiyi hər şeyi – sakit ingilis kəndlərindən tutmuş türk sahillərinin parıltısınadək kəşf etmək üçün mükəmməl bir vaxtdır", deyə reytinqin müəllifləri qeyd edir.
2025-ci il sentyabrda ziyarət üçün Avropanın ən yaxşı 6 yeri:
1. Kotsvolds, Böyük Britaniya – Erkən payız günəşi şüalarında gözəl ingilis kəndlərini kəşf etmək üçün ideal.
2. İstriya, Xorvatiya – Qastro velosiped səyahəti və mədəniyyət təcrübəsi üçün ən yaxşı yer.
3. La Palma, İspaniya – Yaşıl vadilər və vulkanik kalderalar arasında piyada səyahətlərinin həzzini çıxmaq üçün mükəmməl.
4. Bolonya, İtaliya – İtaliyanın ən "lazzətli" şəhərlərindən birində özünüzə xoş məclis etməyin vaxtıdır.
5. Firuzəyi Sahil, Türkiyə – Ənənəvi gület gəmisində Egey və ya Aralıq dənizində üzmək üçün ən yaxşı yer.
6. Transilvaniya, Rumıniya – Transilvaniya qəsrlərini "dünyanın ən gözəl yolu" ilə kəşf etmək üçün mükəmməl.
Samir