Amerikalı sahibkar İlon Mask beynəlxalq ictimaiyyəti diqqətini Marsa uçuşlara yönəltməyə çağırıb.
HİT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
"Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk etmək və diqqəti Marsa yönəltmək vaxtıdır", deyə Mask bildirib.
2024-cü ildə Mask Marsın koloniyalaşdırılmasının ən azı 1 milyon insan və bir neçə milyon ton yük tələb edəcəyini və bu yükün 20 ildən sonra oraya çatdırıla biləcəyini bildirib.
17 mart 2025-ci ildə Mask insanların yaxın 5-7 il ərzində ilk dəfə Marsa ayaq basa biləcəyini deyib. Eyni zamanda, onun fikrincə, bu planetin koloniyalaşdırılmasında əsas məsələ Yerin texnoloji inkişafı olacaq. Sahibkar izah edib ki, insanlar həyatı dəstəkləyə bilməsə və öz planetindən asılı olmayaraq inkişaf edə bilməsələr, Marsda ayaq basa bilməyəcəklər.
Eyni zamanda, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bəyan edib ki, yaxın 5 ildə bəşəriyyət Marsa astronavtların sağ qala biləcəyi uçuşu təşkil edə bilməyəcək.
Samir