Hələ kütləvi istehsala daxil olmayan Rusiya mülki təyyarələri iki il ərzində 45-70% bahalaşıb.
HİT.az xəbər verir ki, bu barədə “The Moscow Times” Rusiya Nəqliyyat Nazirliyində aviaşirkətlərin, “Rostec”, UAC və Rosaviatsia nümayəndələri ilə görüşün protokollarına istinadən yazıb.
"Orta məsafəli dar gövdəli MS-21-in qiyməti hazırda 7,6 milyard rubl təşkil edir, baxmayaraq ki, 2023-cü ilin yayında onun qiyməti 4,3-4,6 milyard qiymətləndirilirdi. Qısa məsafəli "İl-114-300" turbovintli təyyarənin qiyməti 1,44 milyard rubldan 2,6 milyarda qalxıb", deyə məlumatda qeyd edilir.
Bu modelin ilk üç təyyarəsi bir vahid üçün dörd milyard rubla başa gələcək, bu təxminən Qərb şirkətləri "Bombardier" və ATR-nin təyyarələrinin qiymətinə bərabərdir.
LMS-901 “Baykal” adlandırılan yeni “qarğıdalı kombaynı"nın qiymətinin 178 milyon rubldan 315-320 milyon rubla yüksəldiyi də məlumdur. Bu, tək mühərrikli Amerikanın "Cessna Grand Caravan"dan (2,2 milyon dollardan 3,4 milyon dollara qədər) bahadır.
Ruslar təyyarələrin bahalaşmasını materialların və elektronikanın bahalaşması adlandırırlar. Moskva ümid edir ki, tam miqyaslı seriyalı istehsala başlayandan sonra qiymətlər bir qədər azalacaq.
Qeyd edək ki, təyyarəyə sahib olmaq xərcləri aviaşirkətlərin əsas xərclərindən biridir. Yüksək qiymət nəqliyyat iqtisadiyyatına mənfi təsir göstərir.
Beləliklə, yüksək qiymət, nəhayət, Rusiya mülki təyyarələrinin ixrac perspektivlərini basdıra bilər, baxmayaraq ki, əvvəllər onlar dünyada heç kimə lazım deyildi.
Samir