Alman deputat: ABŞ qoşunları ən qısa müddətdə Avropanı tərk edə bilər

DÜNYA
18:53 / 08.07.2025
43

"ABŞ qoşunları Avropanı mümkün qədər qısa müddətdə tərk edə bilər. Onların Avropada qalacaqlarına zəmanəti yoxdur".

HİT.az xəbər verir ki, bunu "Stern" nəşrinə Bundestaqdakı Xristian Demokratlar Partiyasının (CDU/CSU) lideri Yens Spahn deyib.

"Mən indicə ABŞ-da idim, orada hökumət üzvləri ilə görüşdüm. Xəbərdarlıqlar aydındır: onların burada qalacağına zəmanət yoxdur", deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, onlar ən qısa müddətdə planlarını dəyişə bilərlər.

İyulun 3-də Euractiv portalı Avropa NATO ölkələrinin qitədəki ABŞ qoşunlarının sayının mümkün azaldılmasına hazırlaşmağa başladığı barədə məlumat yayıb.

Samir
 

0