Çin dron istehsalçıları Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici rol oynayıb

DÜNYA
18:23 / 08.07.2025
45

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya tammiqyaslı işğalı başladıqdan sonra, cəbhədən minlərlə kilometr aralıda yerləşən tanınmamış bir Rusiya şirkəti döyüş meydanında vəziyyəti kökündən dəyişə biləcək dron ehtiyacı kimi əsas problemi həll etmək üçün Çin şirkətləri ilə əməkdaşlıq planı hazırlayıb.

HİT.az xəbər verir ki, bunu "Bloomberg" "Aero-HIT" şirkətinin sənədlərinə və Rusiya hökumət nümayəndələri ilə yazışmalara istinadən bildirir.

Jurnalistlərin sözlərinə görə, bu dəlillər Rusiyanın qərb sanksiyalarını dolayaraq Ukraynaya hücum üçün dron istehsal imkanları əldə etmək məqsədilə Pekinlə dostluq əlaqələrindən necə istifadə etdiyini göstərir. Ümumilikdə bu sənədlər prezident Si Szinpinin hökuməti heç bir tərəfə silah tədarük etdiyini inkar etsə belə, texnologiyaların Çindən RF-ə necə keçə biləcəyini nümayiş etdirir.

"Rusiya dövlət maliyyə dəstəyi alan "Aero-HIT" şirkəti, Uzaq Şərqdəki Xabarovsk şəhəri yaxınlığındakı zavodunun bu il ayda 10.000 dron istehsal edə biləcək gücə malik olduğunu və daha təkmil modellərlə istehsalı genişləndirməyi planladığını iddia edir. Şirkət tezliklə Putinin nəzərdə tutduğu hər hansı sülh müqaviləsi çərçivəsində tam nəzarətə verilməli olan qismən işğal edilmiş Ukrayna regionu Xerson vilayətindəki hərbi əməliyyatlar üçün əsas dron təchizatçılarından birinə çevrildi" deyə məqalədə qeyd olunur.

Qeyd edilir ki, şirkətin məhsulları arasında pilotların ekran və ya virtual reallıq eynəkləri vasitəsilə döyüş meydanını real vaxt rejimində izləyə bilmələrinə imkan verən birinci şəxs rejimli (FPV) "Veles" dronu da var.

Mart ayında alınmış sənədlərə görə, belə pilotsuz təyyarələrin bir sifarişi 8 milyon rubl (dron başına təxminən 1000 dollar) dəyərində olub.

Lakin 2024-cü il iyununda ABŞ Xəzinə Departamenti Aero-HIT şirkətinə qarşı sanksiya tətbiq edərək, Veles dronlarının "Ukrayna hədəflərinə qarşı Xerson vilayətində yerləşdirilmiş Rusiya qoşunları tərəfindən istifadə edildiyini" vurğulayıb.

Eyni zamanda, bu Rusiyanı dayandırmadı və o, bu sanksiyaları necə dolayacağının yollarını axtarmağa başlayıb. Xüsusilə, Çinin ən böyük dron və ehtiyat hissələri istehsalçılarından biri olan "Autel Robotics" Rusiya şirkətlərinə məhsul tədarük etdiyini və ya hər hansı əlaqələrinin olduğunu inkar etsə də, Bloomberg jurnalistlərinin əldə etdiyi sənədlər bunun əksini göstərib.

"İki şirkət arasındakı əlaqələr sanksiyalar səbəbi ilə qısamüddətli kəsildi, lakin "Autel"in işçiləri ilə əlaqələr təxminən 2024-cü ilin sonunda bərpa olundu və 2025-ci ilin may ayından etibarən tərəflər dron istehsalının lokalizasiyası ilə bağlı danışıqlar aparır", deyə məktubda qeyd edilir.

Öz növbəsində "Autel Robotics" şirkəti heç vaxt Rusiyanın "Aero-HIT" şirkəti ilə əməkdaşlıq etmədiyini və "Aero-HIT"in iştirak etdiyi və ya "Autel EVO Max 4T" dronunun olduğu yerli istehsal ilə bağlı heç bir razılaşmadan xəbəri olmadığını bildirib.

"Şirkət 2022-ci il fevraldan etibarən Rusiya ilə bütün biznes əlaqələrinin və əməliyyatlarının tam dayandırıldığını, Rusiya təşkilatlarına birbaşa və dolayı satışların dayandırıldığını və tələblərə riayət etmək üçün sərt daxili siyasətlər tətbiq edildiyini açıqlayıb", deyə məqalədə əlavə olunur.

"Autel" həmçinin ABŞ-ın Çin ordusu ilə əlaqələri ilə bağlı ittihamları rədd edib: "Vətəndaş dronları üzrə ixtisaslaşmış yüksək texnologiyalı müəssisə kimi "Autel Robotics" müdafiə podratçısı deyil, hərbi qulluq üçün təchizatçı deyil və heç bir hərbi keyfiyyətə malik deyil".

Öz növbəsində, sənədlər "Aero-HI"T şirkətinin tarixinin və Çindəki təchizatçılarla əlaqələrinin 2022-ci ilin ikinci yarısında başladığını göstərir, bu da Rusiyanın "Veles" pilotsuz təyyarələrini genişmiqyaslı istehsal etmək imkanlarında həlledici rol oynayıb.

Bundan əlavə, başqa sənədlər "Aero-HIT" şirkətinin Rusiya Müdafiə Nazirliyi və hərbçilərlə biznes əlaqələrinin olduğunu və Çin komponentləri ilə təchiz edilmiş məhsullarının Ukraynaya qarşı cəbhədə istifadə edildiyini göstərir.

"Başqa bir sənəd göstərir ki, bu mərhələdə "Aero-HIT" ehtimal ki, "Autel"in hissə və komponentlərini Çindən vasitəçilər vasitəsilə alırdı. Sənədlərdən birində qeyd edilən bu cür şirkətlərdən biri "Renovatsio-Invest"dir, hansı ki, 2024-cü il iyununda "Aero-HIT" adından Çin istehsalı dronların alınmasına görə ABŞ tərəfindən sanksiyalara məruz qalıb", deyə məqalədə qeyd edilib.

Samir
 

0