"Ukrayna münaqişəsinin həlli üçün diplomatik vasitələr tükənib".
HİT.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Bundestaqda çıxışı zamanı deyib.
"Danışıqlar istənilən nəticəyə gətirib çıxarmadığı üçün Almaniya Kiyevi dəstəkləməyə davam edəcək", deyə siyasətçi qeyd edib.
Merz bundan əvvəl Almaniyanın Ukrayna münaqişəsində tərəf olmayacağını vurğulayıb. O, həmçinin vəziyyəti həll etmək üçün "hər şeyi etməyə" çalışmağın vacibliyini bildirib.
Bundan əvvəl britaniyalı diplomat Yan Proud Qərbin Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasının Ukraynadakı münaqişənin tezliklə həlli üçün stimul ola biləcəyi barədə fikir bildirib. Onun sözlərinə görə, Rusiyaya qarşı qoyulan məhdudiyyətlər onun iqtisadi modelinin fundamental prinsiplərini dəyişdirə bilməyib.
ABŞ prezidenti Donald Tramp iyulun 7-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı Rusiya prezidenti Vladimir Putinlə iyulun 3-də baş tutan telefon danışığının nəticələrindən məyus olduğunu bildirib, həmkarını Ukraynadakı münaqişəni dayandırmağa inandırmağa ümid etdiyini, lakin heç bir irəliləyişə nail ola bilməyib.
Samir