Viktor Orban AK sədrini istefaya çağırdı

DÜNYA
15:24 / 09.07.2025
54

Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ona qarşı irəli sürülən korrupsiya ittihamından sonra istefaya çağırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində bildirib.

Siyasətçi yazıya fon der Leyenin portretini əlavə edərək "Getmək vaxtıdır" yazıb.

Bundan əvvəl Macarıstanın baş naziri fon der Leyenin Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasındakı çıxışını tənqid edib və burada Ukraynaya hərbi dəstək vermək planlarını açıqlayıb. Orban avropalı vergi ödəyicilərinin Kiyevə silah tədarükü və maliyyə dəstəyi üçün pul ödəyəcəklərindən qəzəbləndiyini bildirib.

Mayın 14-də Avropa Ədalət Məhkəməsi fon der Leyeni 2021-2023-cü illərdə koronavirus peyvəndlərinin alınması ilə bağlı müqavilələr haqqında məlumatların gizlədilməsinə görə məsuliyyət daşıdığını müəyyən edib.

Fon der Leyen sınaqları o vaxt tamamlanmamış COVID-19 peyvəndinin alınması üçün müqavilə bağlamaqda ittiham olunur. Onun bu qərarı AB ölkələrinin əvvəlcədən razılığı olmadan Pfizer rəhbəri ilə mesajlardan sonra verdiyi iddia edilib. Nəticədə Aİ büdcəsindən buna 35,8 milyard avro xərclənib.

Xatırladaq ki, AK rəhbərinə etimad səsverməsi iyulun 10-da Strasburqda keçiriləcək.

Samir

0