MAQATE rəhbəri: Almaniya bir neçə ay ərzində nüvə silahı yarada bilər

DÜNYA
16:46 / 09.07.2025
43

"Almaniya bir neçə ay ərzində öz nüvə silahını yarada bilər". 

HİT.az xəbər verir ki, bunu "Rzeczpospolita" agentliyinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi deyib.

"Çox az müddətdə bu mümkündür. Bu, aylar məsələsi ola bilər" deyən Qrossi Almaniyanın nüvə silahı yaratmaq üçün nə qədər vaxta ehtiyac duyacağı sualına cavab verərək vurğulayıb.

Agentlik rəhbərinin sözlərinə görə, Almaniyada həm lazımi texnologiyalar, həm də materiallar var.

Daha əvvəl Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov bildirmişdi ki, Almaniya hökumətinin başçısı Fridrix Merzin təşəbbüsü ilə ölkənin hərbiləşdirilməsi Pandoranın qutusunu açır.

Deputat qeyd edib ki, artıq Almaniyada nüvə silahı ilə bağlı çağırışlar eşidilir. CDU/CSU fraksiyasının lideri Yens Spahn Bundestaqda çıxışı zamanı Almaniyaya Fransanın və ya Böyük Britaniyanın nüvə potensialına çıxışın verilməsini tələb edib.

Samir

0