Duda Volın faciəsindən danışdı: "Zelenski dedi ki..."

DÜNYA
16:50 / 10.07.2025
67

Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı onun 1940-cı illərin Volında baş vermiş hadisələrin mövzusunu başa düşdüyünü hiss edib.

HİT.az RMF FM-ə istinadən xəbər verir ki, o, bunu prezident olanda Petro Poroşenko və Zelenski ilə Volın faciəsi məsələsini necə müzakirə etdiyini xatırladaraq deyib.

"Məndə həmişə belə bir təəssürat yaranıb ki, bu məsələdə prezident Zelenskidən daha çox anlayış tapıram. Düşünürəm ki, o, mənə həqiqəti söylədi: "Anjey, mən bundan əvvəl Volında polyakların qətli barədə eşitməmişdim. Məktəbdə bizə bu barədə öyrədilməyib", deyə Duda bildirib.

Duda həmçinin qeyd edib ki, Ukraynanın qərbində insanların Volın faciəsinin tarixini bildiyinə dair inanclar yalandır.

1941-1943-cü illərdə Volında baş verən hadisələrin mövzusu Ukrayna-Polşa münasibətlərində uzun müddətdir davam edən mübahisəli məsələdir. Polşa daha əvvəl təhdid etmişdi ki, tarixi mübahisələrin həlli Ukraynanın Aİ-yə daxil olması üçün məcburi şərtlərdən biri olacaq.

Eyni zamanda, mayın 30-da Duda Volın faciəsi ilə bağlı məsələni şərh edərkən ukraynalıları tənqid edib. Polşa prezidenti digər məsələlərlə yanaşı, OUN-UPA liderlərini “cinayətkarlar və soyqırımçılar” adlandırıb.

Samir
 

0