Hakim Qutsulun həbs müddətinin uzadılması ilə bağlı işdən imtina edib

DÜNYA
15:54 / 10.07.2025
76

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul jurnalistlərə bildirib ki, onun həbs müddətinin uzadılması ilə bağlı işdən hakim imtina edir. 

HİT.az əbər verir ki, bu səbəbdən də iclasda fasilə elan edilib.

TASS xəbər verir ki, xanım Qutsul deyib: "Hakim imtina edir. O, təzyiq altında olduğunu bildirib. Əlavə edib ki, məhkəmənin qərarı iclasın sonrakı gedişatını müəyyən edəcək".

Moldovada Qaqauziyanın rəhbərinə qarşı cinayət işi açılıb. O, bir il əvvəl ləğv edilmiş Şor partiyasının maliyyələşdirilməsində və muxtariyyətdə 2023-cü ildə keçiriləcək seçkilərin seçki fondunun idarə olunmasında qanun pozuntularına yol verməkdə ittiham olunur.

Yevgeniya Qutsul martın 25-də İstanbula uçmazdan əvvəl Kişinyov hava limanında saxlanılıb. Martın 28-də həbs edilib, aprelin 9-da isə ev dustaqlığına keçirilib. Moldova prokurorluğu məhkəmədən Yevgeniya Qutsulun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və onun 5 il dövlət vəzifəsində işləməsinə qadağa qoyulmasını istəyib. Qaqauziya rəhbərinin işi üzrə hökm avqustun 5-də elan olunacaq.

Samir
 

0