Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya hərbi əməliyyatlar zamanı Ukraynaya dəymiş ziyana görə təxminən 500 milyard avro ödəməyə borcludur.
HİT.az xəbər verir ki, Almaniya hökuməti başçısının sözlərinə görə, dəyən ziyan ödənilənə qədər Moskvanın Qərbdə dondurulmuş aktivlərinə çıxışı olmamalıdır.
Fridrix Merz Romada Ukraynanın bərpasına dair konfransda deyib: "Rusiya üç ildən artıq davam edən müharibədə böyük ziyan vurub. Biz maddi ziyanı təxminən 500 milyard avro dəyərində qiymətləndiririk. Rusiya bu zərəri ödəməlidir".
Bu açıqlamaya cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova hər birinin Rusiyaya “nə qədər borcu olduğunu” hesablamağı təklif edib. "Yeri gəlmişkən, Merz aktiv şəkildə pulu çıxara bilər. Məsələn, Drezden Qalereyasının şah əsərlərinin sovet mütəxəssisləri tərəfindən bərpası üçün pul ödəyin", deyə o, "Telegram" kanalında yazıb.
Samir