ABŞ Federal Tədqiqat Bürosu (FTBO) yalan detektorundan istifadə etməyə başlayıb. İşçilərin yeni direktor Kaş Patelə sədaqətini yoxlamaq tələb olunur.
HİT.az xəbər verir ki, bu barədə "The New York Times" adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb.
Bildirilir ki, FTB adətən xəyanətdə şübhəli bilindikdə və s. informasiya sızmalarını aşkar etmək üçün poliqrafdan istifadə edir. Lakin indi nəşrin qeyd etdiyi kimi, FTB əməkdaşları ilə müsahibələr zamanı onlar yalan detektoru ilə respondentlərin reaksiyasını yoxlayaraq, direktor Patel və ya onun müavini Den Bonqino haqqında mənfi nəsə deyə biləcəklərini soruşmağa başlayıblar. Qəzetin mənbələri bildirirlər ki, yoxlama zamanı respondentlərin rəhbərliyə qarşı sədaqətsizliyi üzə çıxarsa, bu, onların işlərinə baha başa gələ bilər.
Keçmiş FTB əməkdaşları artıq bu cür yoxlamaların qanuniliyini şübhə altına alıblar. Agentlikdə 23 il işləmiş keçmiş FTB agenti Ceyms Devidson "NY Times"a deyib ki, FTB işçisi konkret direktora və ya direktor müavininə deyil, ölkə konstitusiyasına sadiqlik borcludur:
"Bu vəziyyət bir daha cənab Patelin mövqeyinin nə qədər zəif olduğunu deyil, həm də özünün bunu başa düşdüyünü göstərir".
FTB özü hələ qəzetin xəbərlərini şərh etməyib.
Samir