Bəzi Avropa pilotsuz uçuş aparatları (PUA) istehsalçıları ukraynalı şirkətlərin sirlərini öyrənməyə və oğurlamağa çalışır, sonra isə bu məlumatları öz marketinq kampaniyalarında istifadə edərək "saxta döyüş testləri" təqdim edirlər.
HİT.az-ın məlumatına görə, ukraynalı "Skyeton" PUA istehsalçısı şirkətinin baş direktoru Roman Knyajenko "The Telegraph"a açıqlayıb ki, bəzi qərbli istehsalçı şirkətlər cəbhə xəttindən uzaqda həyata keçirilən yalnız bir neçə qısa uçuşdan sonra "döyüş testlərinin keçirildiyini" iddia edirlər.
Nəşriyyatın yazdığına görə, məticədə Avropa hökumətləri öz ölkələrinin müdafiəsinə və Ukraynaya dəstəyə resurslar ayıra bilmək əvəzinə, əslində işləməyən sistemlərə milyardlarla funt sterlinq investisiya yatırıblar.
Knyajenko bildirib ki, PUA istehsalçıları onun şirkətinə əməkdaşlıq təklifləri ilə gəlirlər, lakin əslində bu səfərlərdən sirləri öyrənmək üçün istifadə edirlər:
"Bir çox Avropa PUA istehsalçısı fantastik iş görür və biz onlardan bir neçəsi ilə əməkdaşlıq edirik. Lakin digərləri yalnız sizinlə daha çox danışmaq, sirlərinizi öyrənmək üçün çox şey vəd edir, sonra isə yoxa çıxırlar. Bu dürüst olmayan şirkətlər bizim necə işlədiyimizi, hansı həllərə sahib olduğumuzu, döyüş meydanında nəyin işlədiyini öyrənməyə çalışırlar. Sonra onlar Ukraynada necə işlədikləri barədə gözəl təqdimatlar hazırlayırlar. Amma əslində onlar Lvovda cəmi bir neçə uçuş həyata keçiriblər".
Knyajkonun sözlərinə görə, bəzən Avropadan olan PUA təqdimat mətnlərində "dəyişiklik edilmədən, sözün həqiqi mənasında öz sözlərini" oxuyur.
O qeyd edir ki, nəticədə milyardlarla dollar hələ nə ilə məşğul olduqlarını başa düşməyən şirkətlərə gedir və əslində belə PUA-ları satın alan ölkə əslində saxta olan texnologiyaya investisiya qoyur.
Məsələn, o, Avropadan olan bir şirkətdən onların "Raybird" PUA-ları üçün təmin edilən kameraların yalnız yarısının işlək vəziyyətdə olduğu nümunəsini çəkib. Onun fikrincə, əsas problemlərdən biri bəzi Avropa şirkətlərinin PUA istehsalı ilə bağlı çətinlikləri başa düşməməsidir:
"Onlar buraya gəlib kiminsə zavoduna baxmaqla özlərində eyni şeyi asanlıqla yarada biləcəklərini düşünürlər".
Eyni zamanda, o, bunun mümkün olmadığı avtomobil istehsalı nümunəsini çəkib. Vurğulayıb ki, ukraynalı istehsalçılar daim təkmilləşir və təcrübə toplayır – burada üç il sülh dövründəki 20 ilə bərabərdir:
"Bəziləri fikirləşir: bu asandır, biz sadəcə edərik. Lakin şirkətin daxilində biz minlərlə sirr, texnika və təcrübə toplayırıq. Bütün bunlar olmadan heç nə lazımınca işləməyəcək". O bildirib ki, əksər ölkələr PUA texnologiyası sahəsində Ukraynadan "xeyli geridə qalıb".
Knyajenko qərb ölkələrinin startaplara maliyyə ayırmaq əvəzinə öz ərazilərindəki ukraynalı zavodlara maliyyə vəsaiti ayırmaq imkanını nəzərdən keçirməyə çağırır.
Samir