Çində ana oğullarını 11,6 min dollara sataraq internet yayımçılara bağışlayıb

DÜNYA
21:55 / 14.07.2025
54

Çində bir ana iki oğlunu 11,6 min dollardan çox pula satıb və pulları internet yayımçılarına hədiyyə və geyim alış-verişinə xərcləyib. 

HİT.az xəbər verir ki, bu xəbər "South China Morning Post" (SCMP) qəzeti yazıb.

Məlumata görə, 26 yaşlı Huan keçmişdə ögey ana tərəfindən böyüdülən, qayğı çatışmazlığı səbəbilə evi erkən tərk etmiş qadındır. Bundan əlavə, qadının yalnız ibtidai təhsili var. O, 2020-ci il oktyabrında birinci oğlunu dünyaya gətirib və maliyyə problemləri səbəbilə onu 6300 dollara bir qadına satıb. Huan bütün pulları internet yayımçılarına hədiyyələr və bağışlar üçün xərcləyib.

Pul qurtardıqdan sonra o, satmaq məqsədilə yenidən ana olmağa qərar verib. 2022-ci ildə ikinci oğlunu dünyaya gətirən Huan onu 5300 dollara satıb. Qadın əldə etdiyi vəsaiti yenidən bağışlar və geyim alış-verişinə xərcləyib.

Oğlanlar yeni alıcılardan götürülərək qəyyumluğa təhvil verilib. Huanın özü isə fırıldaqçılıq və insan alveri ittihamları ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Samir

0