2030-cu ilə qədər yayılmaqda davam edən Rusiya təhlükəsi səbəbindən Avropada genişmiqyaslı hərbi münaqişə yarana bilər.
HİT.az xəbər verir ki, bu barədə Fransanın müdafiə və təhlükəsizlik sahəsində “Milli Strateji İcmal - 2025” doktrinasında deyilir.
Doktrinada deyilir ki, Fransanın 2030-cu ilə qədər əsas məqsədləri Avropada potensial böyük müharibəyə maddi və mənəvi hazırlıqdır. Xüsusilə, yenidən silahlandırmaq və ölkənin dayanıqlığını artırmaq üçün müdafiə xərclərinin artırılması təklif olunur.
Qeyd olunur ki, Fransanın müharibədə iştirak riski və Rusiya Federasiyasından hibrid hücumlar təhlükəsi görünməmiş həddə çatıb. Bununla belə, doktrina bir faktı qəbul edir ki, ölkə ərazisində şərti müharibə hələ də mümkün deyil.
İcmalda qeyd olunur ki, Rusiya Fransanı və bütün Avropanı özünə düşmən hesab edir. Sənəddə bu təhlükənin prioritetinin artırılması tövsiyə edilir.
Doktrina həmçinin proqnozlaşdırır ki, yaxın 3-5 il üçün ən çox ehtimal olunan ssenarilər Rusiya Federasiyasının Ukraynaya hücumunun yeni dalğaları, eləcə də Moldovaya və Balkanlara qarşı təcavüzdür. NATO-ya qarşı təcavüz də istisna edilmir.
İcmalda ümumiləşdirilib ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi Avropanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də Ukraynaya davamlı dəstək Avropanın fəal iştirakını tələb edir.
Rusiyaya yeni müharibəyə hazırlaşmaq üçün nə qədər vaxt lazımdır?
"Wall Street Journal" daha əvvəl yazmışdı ki, ABŞ-ın iştirakı olmadan Rusiyanın Litvaya və Polşaya bitişik hissələrinə qarşı müqavimət göstərə biləcək bir qüvvə yaratmaq üçün Avropaya ən azı 20 il lazım olacaq. Mütəxəssislər Rusiyanın yeni müharibə üçün öz qüvvələrini daha tez qura biləcəyini proqnozlaşdırırlar. Nəşr hesab edir ki, Rusiya bir neçə il ərzində yeni müharibəyə hazırlaşa bilər.
Samir