Estoniyada müharibə hazırlığı: 15 milyon avroya hərbi şəhərcik tikiləcək

DÜNYA
18:38 / 15.07.2025
57

Rusiya ilə həmsərhəd olan Narvada Estoniya hərbi bazasının tikintisinə 2026-cı ildə başlanacaq.

HİT.az xəbər verir ki, bu barədə Estoniyanın Dövlət Müdafiə İnvestisiya Mərkəzinin şimal-şərq şöbəsinin rəhbəri Ando Voqma ERR-ə müsahibəsində bildirib.

"Əgər hər şey plan üzrə getsə, o zaman tikinti gələn il başlayacaq və 2027-ci ildə artıq köçmək mümkün olacaq", deyə o bildirib.

Tikintiyə 15 milyon avro xərclənəcək.

Vuqma əlavə edib ki, yeni obyektin ərazisi minə qədər hərbçini qəbul edə biləcək. Baza Kadastiku karxanasının yaxınlığındakı sənaye zonasında yerləşəcək.

İyulun 11-də ERR telekanalı məlumat yayıb ki, HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk təlim atışları Estoniyanın Saaremaa adasında Sankt-Peterburqdan 300 km aralıda həyata keçirilib. MLRS 15 km-ə qədər məsafədə dəniz hədəflərini vurub.

HIMARS-ın maksimal uçuş məsafəsi təxminən 300 km-dir. Başqa sözlə, sistemlər Rusiya Federasiyasının sərhədi yaxınlığında və potensial olaraq Leninqrad vilayətində hədəfləri vura bilər.

Samir

0